Zəlzələdən sonra axtarış-xilasetmə işlərinə komando birliklərimiz də daxil olmaqla, ümumilikdə 3 500 şəxsi heyət qatılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir qeyd edib ki, "A400m" təyyarələri daxil olmaqla 17 təyyarə yardım uçuşları həyata keçirir və 2 ədəd “Bayraktar AKINCI” da prosesə qoşulub.
Qeyd edək ki, Türkiyənin 10 rayonunda baş verən güclü zələzələlər nəticəsində son rəqəmlərə görə, 1541 nəfər ölüb, yaralıların sayı isə 9733-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.