Prezidentin köməkçisi beynəlxalq ziyarətçilərlə görüşdü

20:26 - 6 Fevral 2023

Prezidentin köməkçisi beynəlxalq ziyarətçilərlə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "Twitter" hesabında paylaşım edib.

“Azərbaycanı və Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından azad edilmiş əraziləri ziyarət edən 6-cı Beynəlxalq ziyarətçilər qrupu. Təbiətin gözəlliyi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib ”, - Hikmət Hacıyev qeyd edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin