"Laçın yolundan 2000-ə yaxın avtomobil istifadə edib" - Ceyhun Bayramov

20:06 - 6 Fevral 2023

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, Ceyhun Bayramov, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib.
Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin