Qazaxıstanın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, Qazaxıstan Milli Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (SOME) verdiyi açıqlamaya görə, zəlzələ yerli vaxtla saat 19.02-də qeydə alınıb.
Zəlzələ ölkənin cənubunda, Almatı şəhərindən 628 kilometr qərbdə baş verib.
Yeraltı təkanların Çimkənd və Taraz şəhərlərində də hiss olunduğu bildirilib.