DTX Türkiyəyə başsağlığı verdi - FOTO

19:08 - 6 Fevral 2023

DTX Türkiyəyə başsağlığı verdi - FOTO

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, paylaşımda deyilir:

“DTX-nin şəxsi heyəti Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan təlafı ilə bağlı türkiyəli qardaşlarımıza dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir”.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

Son məlumatlara görə, hadisə nəticəsində 1498 nəfər həyatını itirib, 8533 nəfər isə yaralıdır. 

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin