“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan zəlzələdən zərərçəkənlərə yardım etməyə çağırıb.
Manset.az xəbər verir ki, o, sosial media hesabından dünyaya səslənib.
“Türkiyə dördüncü səviyyəli həyəcan vəziyyəti elan edib. “4-cü səviyyə” həyəcan vəziyyəti beynəlxalq yardım çağırışını ehtiva edir. Dünyanın müxtəlif yerlərində olub bu mesajı oxuyanlar! Ölkəmdəki zəlzələdə dağıntılar altında qalan insanlarımızın xilas olması üçün sizin köməyinizə ehtiyacı var”, - futbolçu yazıb.