Türkiyədə zəlzələ qurbanlarının sayı 2 316 nəfərə çatdı - YENİLƏNİB

00:46 - 7 Fevral 2023

Türkiyədə zəlzələ qurbanlarının sayı 2 316 nəfərə çatdı - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Manset.az-ın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

23:14

 

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

21:28

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

Manset.az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.

19:40

 

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb. 

O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb. 

***19:00

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 1498-ə yüksəlib. Zəlzələlərdə 8 min 533 nəfər xəsarət alıb, 2 min 834 bina dağılıb.

 

Manset.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonraTürkiyəni sarsıdan zəlzələdən 9 saat sonra bu dəfə eyni bölgədə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Türkiyədəki təbii fəlakətlə əlaqədar beynəlxalq yardım üçün NATO və Aİ-dən başqa 45 ölkə yardım təklif edib. 

 


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin