Televiziyalar şou və əyləncə proqramlarını dayandırdı - Rəhbərlərindən AÇIQLAMA

10:35 - 7 Fevral 2023

Televiziyalar şou və əyləncə proqramlarını dayandırdı - Rəhbərlərindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə dəhşətli zəlzələ baş verib. Çoxsaylı insan tələfatı və dağıntılarla  nəticələnən zəlzələ səbəbindən Azərbaycanda televiziyalar proqram siyasətini dəyişdirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Space TV, ARB və ATV telekanalları bütün şou- əyləncəli proqramlarını qeyri-müəyyən vaxtadək dayandırıb. 


Bununla bağlı Manset.az-a açıqlama verərək ARB telekanalının yayımlanan  "Həmin Zaur" proqramının layihə rəhbəri və aparıcısı Zaur Kamal təsdiqləyib. O, bildirib ki, "qardaşlarımız orada canları ilə əlləşir, biz burada heç bir əyləncə proqramı edə bilmərik.Ona görə də," Həmin Zaur" proqramı qeyri-müəyyən vaxta qədər təxirə salınır "


ATV kanalında Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı da dayandırıb. Layihə rəhbəri Fariz Əliyev Manset.az-a açıqlamasında proqramın qeyri - müəyyən vaxtadək təxirə getdiyini deyib. Eyni zamanda ATV telekanalının rəhbərlyinin və bədii şuranın qərarı ilə bütün əyləncələri proqramları dayandırılıb.


Space TV-nin prezidenti Müşfiq Hətəmov da Manset.az- a açıqlamasında "Space TV" bütün əyləncəli və şou proqramların dayandığını bildirib".

Əli VƏLİYEV

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin