FHN-in xilasetmə qüvvələri Türkiyədədir - FOTO

18:43 - 6 Fevral 2023

FHN-in xilasetmə qüvvələri Türkiyədədir - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

 

Nazirliyin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin