Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar zəlzələ bölgəsində zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə dəstək verir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 1014 nəfərin həyatını itirdiyi və 10 əyalətdə hiss olunan zəlzələdən sonra episentri Elbistan olan 7,6 bal gücündə daha bir zəlzələ olub.
Milli Müdafiə Nazirliyi zəlzələ bölgəsində çalışan PUA-ları sosial media hesabından paylaşıb.
Açıqlamada, "Türk Silahlı Qüvvələrimizə aid PUA-lar zəlzələ bölgəsində dağıntı və itkilərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinin koordinasiyası üçün zəlzələ bölgəsində işlərini davam etdirir" - deyilib.
Manşet.az
Türk Silahlı Kuvvetlerimize ait İHA’lar, deprem bölgesindeki hasar ve zayiatın tespiti ile arama-kurtarma çalışmalarının koordinasyonu için deprem bölgesinde çalışmalarına devam ediyor. #MSB #Deprem pic.twitter.com/922GcMy6IN — T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 6, 2023