Türkiyədə bütün mədəniyyət tədbirləri dayandırıldı

16:56 - 6 Fevral 2023

Türkiyədə bütün mədəniyyət tədbirləri dayandırıldı

Türkiyədə zəlzələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə tabe olan bütün incəsənət qurumlarının proqramları ləğv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi sosial media hesabında açıqlama verib.

“Kahramanmaraşda baş verən və bir çox şəhərlərimizi təsir altında qoyan zəlzələdən sonra nazirliyin tabeliyində olan dövlət teatrları, Dövlət Opera və Balet Teatrı və Gözəl Sənətlər Baş İdarəsi də daxil olmaqla bütün qurumlar tərəfindən planlaşdırılan tədbirlərimiz növbəti açıqlama edilənədək dayandırılıb”, - deyə nazirliyin paylaşımında qeyd edilib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin