İtalyan alimdən Türkiyədəki zəlzələ ilə bağlı İDDİA

16:22 - 6 Fevral 2023

İtalyan alimdən Türkiyədəki zəlzələ ilə bağlı İDDİA

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri Karlo Doqlioni Türkiyə zəlzələsi ilə bağlı diqqətçəkən açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, öz sahəsinin ən tanınan simalarından olan alim “Bu bölgə çox yüksək seysmik aktivliyə malik bölgədir. Türkiyə 150 ​​kilometrlik qırılma xəttində bir neçə saniyədə 3 metr hərəkət etdi” – deyə, iddia edib.

Doqlioni, "Bu gecə Ərəbistan qırılma xəttinin şimal-şərq-cənub-qərb oxunda Anadolu qırılma xəttindən 3 metr irəlilədiyi görünür. Hərəkət qabiliyyəti 3 metrdən çox ola bilər. Bu, çox böyük bir hərəkətdir. Bura çox aktiv bir ərazidir və Aralıq dənizinin ən təhlükəli bölgələrindən biridir. Keçən əsrlərdə burada çox şiddətli zəlzələlər olub. Türkiyə deyəsən ərəb plitəsini aşdı” – deyib.

Yaxın Şərqdə yerləşən və Ərəbistan yarımadasını və onun şimalını əhatə edən bir plitə olan Ərəb plitəsinə Bəhreyn, Suriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Cənub-Şərqi Anadolu bölgəsi və İranın bəzi hissələri daxildir.

İtalyan alim eyni zamanda oxşar zəlzələlərin təkrarlana biləcəyini və bölgədəki fəaliyyətin heç vaxt dayanmadığını da bildirib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin