İrandakı səfirliyimizdə törədilən terror aktının TƏFƏRRÜATI

16:10 - 6 Fevral 2023

İrandakı səfirliyimizdə törədilən terror aktının TƏFƏRRÜATI

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının təfərrüatı məlum olub.

 

Manset.az xəbər verir ki, Azərbaycan XİN-də keçirilən brifinqdə danışılıb.

Məlum olub ki, terrorçu səfirlik binasında yaşayan əməkdaşların ailə üzvlərinin mənzillərinə də atəş açıb. Onun məqsədi binadakı hər kəsi öldürmək olub.

Hadisə zamanı səfirlik əməkdaşı Vasif Tağıyev özü də terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib. Belə ki, V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Avtomatın maqazinini çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu cibindən tapança çıxararaq Vasifi güllələyib.

Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa nail olub. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxmasına müvəffəq olub. 40 dəqiqə ərzində davam edən insidentə İran polisindən reaksiya verilməyib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin