Biz Türkiyəyə axtarış-xilasetmə qrupları göndərə bilərik - Livan

15:45 - 6 Fevral 2023

Biz Türkiyəyə axtarış-xilasetmə qrupları göndərə bilərik - Livan

Livanın baş naziri Nəcib Mikati zəlzələdə dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə bir qrup göndərə biləcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mikati Türkiyə və Suriyada baş verən zəlzələyə görə dərindən kədərləndiklərini və Livanın ətraf mühit naziri Nasir Yasinin məsələ ilə bağlı Ankaradakı səlahiyyətlilərlə əlaqə saxladığını bildirib.

Dağıntılar altında olanların xilas edilməsi üçün Türkiyənin dəstək istədiyini deyən Mikati bölgəyə mülki müdafiə və ordudan axtarış-xilasetmə qruplarının göndərilə biləcəyini və bu mövzuda çalışdıqlarını qeyd edib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin