Türkiyənin xilasetmə əməliyyatları üçün böyük potensialı var – Kreml

15:33 - 6 Fevral 2023

Türkiyənin xilasetmə əməliyyatları üçün böyük potensialı var – Kreml

Kremlin sözçüsü Dmitriy Peskov Türkiyədəki zəlzələ ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Kahramanmaraş mərkəzli zəlzələ ilə əlaqədar Türkiyəyə kömək etməyə hazır olduqlarını ifadə edərək, "Rusiya xilasetmə qrupları xüsusilə zəlzələlərdən sonra binaların dayanıqlığını müəyyən edən müəyyən sistemlərə malikdir. “Struna” adlı sistem və effektivliyini sübut edən digər sistemlər var. Burada Türkiyə tərəfinin ehtiyacları önəmlidir. Ən yüksək səviyyədə kömək etməyə hazır olduğu bildirilib. Türk dostlarımızdan siqnal gözləyirik. Bu dəstək Türkiyə Respublikasının ehtiyaclarından asılı olacaq. Ümumiyyətlə, təbii ki, Türkiyənin xilasetmə əməliyyatlarını təşkil etmək üçün kifayət qədər böyük potensialı var" – deyib.

Peskov "Rusiya prezidenti Vladimir Putinin hələlik prezident Rəcəb Tayyib Ərdoğanla telefonla görüşməyi planlaşdırmadığını, lakin lazım gələrsə, görüşün təşkil ediləcəyini" - bildirib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin