Polşa, Rumıniya və Litvadan Türkiyə ilə bağlı BƏYANAT

15:12 - 6 Fevral 2023

Polşa, Rumıniya və Litvadan Türkiyə ilə bağlı BƏYANAT

Polşa, Rumıniya və Litva Türkiyəyə yardım göndərəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın daxili işlər naziri Mariuş Kaminski Twitter hesabında "Türkiyəyə etdiyimiz yardımın qəbulu üçün rəsmi icazə aldıq. Yanğınsöndürənlər bu gün Türkiyəyə gedəcək” – deyə paylaşım edib. O, qeyd edib ki, Polşadan Türkiyəyə 76 yanğınsöndürən və 8 xilasedici it göndəriləcək.

Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb. Rumıniya Fövqəladə Hallar Komitəsi bəyan edib ki, Rumıniya prezidenti Klaus İohannis ilə məsləhətləşmədən sonra onlar axtarış-xilasetmə qruplarını zərər çəkmiş ərazilərə göndərəcəklər.

Litvanın xarici işlər naziri Qabrielus Landsberqis də zəlzələ ilə bağlı dərin hüznünü ifadə edərək, “Biz Litva olaraq xilasetmə və xilasetmə əməliyyatlarına dəstək olmaq üçün çadır, adyal və tibbi xidmət göstərməyə hazırıq” - deyib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin