Lukaşenko Ərdoğana başsağlığı verdi

14:46 - 6 Fevral 2023

Lukaşenko Ərdoğana başsağlığı verdi

Belarus prezidenti Aleksandr Lukaşenko, Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belarus prezidentinin bəyanatına görə, Lukaşenko Türkiyənin cənub-şərqində baş verən ən dağıdıcı zəlzələlərdən birinin nəticələri barədə xəbəri Belarusun böyük ağrı ilə öyrəndiyini bildirib.

Zəlzələnin çoxlu insan tələfatına səbəb olduğunu, tarix və mədəniyyət abidələrinin, infrastrukturun və həyati təminat obyektlərinin dağıldığını vurğulayan Lukaşenko Ərdoğana ünvanladığı mesajda, “Belarus xalqı və şəxsən öz adımdan sizə və mərhumların yaxınlarına səmimi başsağlığı və dəstəyimi bildirirəm. Yaralılara şəfalar diləyir, dağılmış infrastrukturun tez bir zamanda bərpa olunmasını arzulayıram” - ifadələrindən istifadə edib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin