Türkiyədə dağıntılar altından xilas edilənlərin sayı AÇIQLANDI

14:04 - 6 Fevral 2023

Türkiyədə dağıntılar altından xilas edilənlərin sayı AÇIQLANDI

 

Mərkəzi Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,4 bal gücündə zəlzələdən zərər çəkmiş və dağılmış binalara istiqamətlənən axtarış-xilasetmə qrupları dağıntılar altında qalanları çıxarmağa çalışırlar.

 

Manset.az xəbər verir ki, zərər çəkmiş əyalətlərdə 47 nəfər binaların dağıntıları altından xilas edilib.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin