“Ermənistan kömək göstərməyə hazırdır” - Paşinyan

13:48 - 6 Fevral 2023

“Ermənistan kömək göstərməyə hazırdır” - Paşinyan

“Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə və Suriyaya yardım göstərməyə hazırdır”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz tviter hesabında yazıb. 

“Türkiyə və Suriyada çox sayda insanın həlak olması ilə nəticələnən dağıdıcı zəlzələ barədə xəbər məni kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Ermənistan kömək göstərməyə hazırdır”, - deyə Paşinyan qeyd edib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin