Zelenski xanımını bu sözlərlə təbrik etdi

13:43 - 6 Fevral 2023

Zelenski xanımını bu sözlərlə təbrik etdi

Bu gün Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın 45 yaşı tamam olur.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zelenski öz instaqram hesabında paylaşım edərək xanımını təbrik edib.

“Əzizim EV, var olduğun üçün sənə minnətdarlıq etmək istəyirəm. Həyatımda olduğun, hazırda burada olduğun, Ukraynaya və qələbəyə inandığın, məni gücləndirdiyin üçün təşəkkürlər. Səni ad günün münasibətilə təbrik edirəm”, - deyə Zelenski qeyd edib.

O, həyat yoldaşına tezliklə qələbə günlərini yaşamasını arzu edib.  

Xatırladaq ki, yanvarın 25-i Yelena Zelenskaya öz növbəsində Zelenskini 45 yaşının tamam olması münasibətilə təbrik etmişdi.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin