Dəvə ona yumruq atan sahibini öldürdü – ŞOK VİDEO

13:35 - 6 Fevral 2023

Dəvə ona yumruq atan sahibini öldürdü – ŞOK VİDEO

Rusiyada təhlükəsizlik kamerasında qanı dondurucu görüntülər qeydə alınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kadrlarda bir şəxs sahibi olduğu dəvəni yumruqlayıb. Bu zaman qəzəblənən dəvə ona yumruq atan sahibinin başına vurub.

Dəfələrlə yerə atdığı adamın başından basıb. Ağır yaralanan şəxsi avtomobili ilə hadisə yerindən keçən sürücü xilas etməyə çalışıb.

Ağır kəllə-beyin travması alan və qan içində olan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, hadisədən əvvəl dəvənin heç bir anormal davranışı olmayıb, hətta uşaqlarla da oynayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin