Sabah 12 dərəcə şaxta olacaq - PROQNOZ

13:30 - 6 Fevral 2023

Sabah 12 dərəcə şaxta olacaq - PROQNOZ

Fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin