Türkiyədəki dəhşətli zəlzələni 3 gün öncə proqnozlaşdıran "zəlzələ peyğəmbəri" - FOTO

13:19 - 6 Fevral 2023

Türkiyədəki dəhşətli zəlzələni 3 gün öncə proqnozlaşdıran

Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən hollandiyalı geoloq Frank Huqerbeets hazırda dünyanın diqqət mərkəzindədir. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, insanlar onu "zəlzələ peyğəmbəri" kimi adlandırmağa başlayıblar.

Huqerbeets 3 gün əvvəlki paylaşımında “Bu bölgədə (Cənub-Mərkəzi Türkiyə, İordaniya, Suriya Livan) gec-tez 7,5 zəlzələ olacaq” ifadəsini işlədib.

Huqerbeetsin proqnozunu göstərən paylaşım, zəlzələdən sonra ən çox danışılan mövzulardan biridir.

Avstraliyalı geoloq zəlzələdən sonra ​​bu açıqlamanı verib:

"Ürəyim Türkiyədə baş verən böyük zəlzələdən zərər çəkən insanların yanındadır. Daha əvvəl də qeyd etdiyim kimi, 115-ci və 526-cı illərdə olduğu kimi, gec-tez bu bölgədə belə zəlzələlər baş verəcəkdi".


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin