Bakıda bir neçə vətəndaşın külli miqdarda pulunu talayan şəxs SAXLANILDI

13:10 - 6 Fevral 2023

Bakıda bir neçə vətəndaşın külli miqdarda pulunu talayan şəxs SAXLANILDI

Paytaxtda bir neçə vətəndaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.

Daxil olan müraciətlər əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9 300, 14 800 və 8 400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə müəyyən olunaraq saxlanılıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14 000 manatını talaması da müəyyən olunub.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin