Ceyhun Bayramov İran səfirini qəbul edib
20 Aprel 2024
13:05 - 6 Fevral 2023
Türkiyənin “Hatayspor” klubunun baş məşqçisi, Türkiyə milli komandasının keçmiş qolkiperi Volkan Demirel ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar insanlardan yardım istəyib.
Manset.az xəbər verir ki, Volkan Demirel özünün “TikTok” hesabında canlı yayım açaraq deyib:
“Dağıntı çox böyükdür, insanlar çox çarəsizdirlər. Lütfən, yardım edin”.
Qeyd edək ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin