Çin ABŞ-a NOTA VERDİ

13:02 - 6 Fevral 2023

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-ın Pekindəki səfirliyinə yüksək hündürlükdə hava şarının vurulması ilə bağlı etiraz notası verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin xarici işlər nazirinin müavini Şie Fing hökumət adından verdiyi notada "ABŞ-ın Çin mülki pilotsuz təyyarəsinə güc tətbiq edərək hücumunu pislədiklərini" - bildirib.

Təyyarənin ABŞ hava məkanına nəzərdə tutulmadan daxil olmasının ciddi səbəblərdən və təsadüfi olduğunu vurğulayan nazir müavini Şie, bu fenomenin aydın olduğunu və təhrif edilməməsi lazım olduğunu söyləyib.

ABŞ-ın faktlara məhəl qoymadığını, hərbi gücündən sui-istifadə etdiyini və mülki təyyarəni hava məkanını tərk etmək ərəfəsində vurduğunu qeyd edən Şie bunun "ifrat reaksiya" olduğunu və "beynəlxalq qanun və normaların ruhunu pozduğunu" vurğulayıb.

ABŞ-ın hərəkətinin keçən il İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində iki ölkə liderlərinin ikitərəfli münasibətləri sabitləşdirmək üçün əldə etdikləri razılaşmaya xələl gətirdiyinə diqqət çəkən Şie deyib:

"Çin ABŞ-ın hərəkətlərinə ən sərt şəkildə qarşı çıxır və etiraz edir. Biz ABŞ-ı Çinin maraqlarına zərər verəcək və kövrək vəziyyəti daha da gərginləşdirəcək addımlar atmaqdan çəkinməyə çağırırıq. Çin hökuməti olaraq hadisələrin gedişatını yaxından izləyirik. Çin şirkətlərinin qanuni maraqlarını və Çinin maraqlarını müdafiə edir. Ölkəmizin şərəfini qorumaq əzmindəyik. Lazım gəldikdə əlavə addımlar atmaq hüququmuzu özümüzdə saxlayırıq".

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin