Ərdoğan AFAD-ın qərargahına getdi - Zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək

12:55 - 6 Fevral 2023

Ərdoğan AFAD-ın qərargahına getdi - Zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) baş qərargahına gedib, zəlzələ bölgəsinə nəzarəti öz üzərinə götürüb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işləri koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin