Türkiyədə zəlzələ nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Adıyamanı təmsil edən deputatı Yakup Taş və ailəsi dağıntılar altında qalıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb.
Məlumata görə, Yakup Taşın olduğu yer təyin edilib və hazırda xilasetmə işləri davam etdirilir.