Prezidentin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir - VİDEO

11:50 - 6 Fevral 2023

Prezidentin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşür.

 

Manset.az xəbər verir ki, bu barədə görüntüləri İctimai TV yayımlayıb.

Qeyd edək ki, ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin