10 Aİ ölkəsi Türkiyəyə xilasetmə qrupları göndərir

11:43 - 6 Fevral 2023

10 Aİ ölkəsi Türkiyəyə xilasetmə qrupları göndərir

Aİ Komissiyasının böhranların idarə edilməsi və humanitar yardımdan məsul üzvü Ceynz Lenarçiç sosial mediada Türkiyədəki zələlə ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lenarçiç zəlzələdən sonra Türkiyənin də iştirakçılarından biri olduğu Aİ Mülki Müdafiə Mexanizminin işə düşdüyünü açıqlayıb.

Episentri Kahramanmaraşın Bazarcıq rayonunda olan və ümumilikdə 10 əyalətə təsir edən 7,4 bal gücündə zəlzələdən sonra Avropa İttifaqı ölkələrindən Türkiyəyə göndərilən axtarış-xilasetmə qruplarının yola düşdüyü bildirilib.

Lenarçiç bir qrup türk jurnalistlə görüşündə komanda göndərəcək ölkələrin Hollandiya, Polşa, Rumıniya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Çexiya, Fransa, İtaliya və Macarıstan olduğunu bildirib.

Aİ Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzinin Avropanın hər yerindən xilasetmə qruplarının göndərilməsini koordinasiya etdiyini bildirən Lenarçiç, "Hollandiya və Rumıniyadan olan axtarış və xilasetmə qrupları hazırda yoldadır" – deyib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin