Pakistan Türkiyəyə başsağlığı verdi

11:13 - 6 Fevral 2023

Pakistan Türkiyəyə başsağlığı verdi

Pakistanın baş naziri Şahbaz Şərif, episentri Kahramanmaraşda olan və ümumilikdə 10 əyalətə təsir edən 7,4 bal gücündə zəlzələdə insan itkiləri ilə bağlı başsağlığı mesajı paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şərif Twitter hesabında "Türkiyənin cənub-şərqini vuran bu böyük zəlzələ xəbəri dərin hüzndür. Can və mal itkisinə görə qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm" – deyib.

Türkiyənin hər çətin anında Pakistana kömək əlini uzatdığını xatırladan Şərif İslamabadın hər cür yardımı göstərəcəyini vurğulayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Pakistanın Türkiyə ilə tam həmrəy olduğu, İslamabadın yardım səylərində hər cür dəstəyi verməyə hazır olduğu qeyd edilib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin