“Türkiyə hökuməti razılıq versə, göndərərik” – İlon Mask (FOTO)

11:02 - 6 Fevral 2023

“Türkiyə hökuməti razılıq versə, göndərərik” – İlon Mask (FOTO)

SpaceX və Twitter şirkətlərinin sahibi İlon Mask Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Twitter-də Yale Universitetinin müəllimi Mehmet Emin Adin Musk-a rəy yazaraq, "Türkiyə və onun qonşu ölkələri böyük zəlzələ ilə üzləşdi. Ciddi rabitə boşluqları var. Starlink peyklərinizlə kömək etmək şansınız varmı?" – deyib.

Mask bu rəyə cavab olaraq, "Starlink hələ Türkiyə hökuməti tərəfindən təsdiqlənməyib. Təsdiqlənən kimi göndərə bilərik" - cavabını verib.

Manşet.az



Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin