Əllərin, barmaqların uyuşma, keyləşmə və ağrısının səbəbi nədir? - VİDEO

11:00 - 6 Fevral 2023

Əllərin, barmaqların uyuşma, keyləşmə və ağrısının səbəbi nədir? - VİDEO

Gecə vaxti əlin və barmaqların ovuc səthində olan ağrı, cizilti, uyuşmanın şiddətinə görə bir çox insan yuxudan oyanmaq məcburiyyətində qalır.

 

Manset.az xəbər verir ki, bunun səbəbi Karpal tunel xəstəliyidir. Professor Əliosman Qədimbəyli deyir ki, bu xəstəliyin simptomlarının yaranmasının səbəbi biləkdə vətər və siniri qoruyucu funksiyası olan “köndələn bağ” zamanla qalınlaşır və median nerv adlandırılan siniri sıxmağa başlayır. Buna gorə də əlimizdəki ilk 4 barmağın ovuc səthində uyuşma, keyləşmə, cizilti, qaşınma, ağrı meydana gəlir.

Xəstə gecə oyanır əlini sirkələyir, masaj edir, ağrısı azaldıqdan sonra yatır. Bu xəstəliyin ağır dərəcəsində belə xəstələr əməliyyat olunur.

Neyrocərrah Əliosman tərəfindən ilk dəfə olaraq Azərbaycanda Amerikadan gətirirlmiş Arthex endoskopik cihazı ilə ağrısız, qansız olaraq 15 dəqiqə ərzində bu əməliyyat icra olunmaqdadır.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin