İsraildən Türkiyə ilə bağlı TAPŞIRIQ

10:56 - 6 Fevral 2023

İsraildən Türkiyə ilə bağlı TAPŞIRIQ

İsrailin xarici işlər naziri Eli Koen Kahramanmaraş mərkəzli zəlzələdən "dərin təəssüfləndiyini" ifadə edərək, təcili yardım proqramının hazırlanması üçün təlimat verdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən edilən yazılı açıqlamaya görə, Koen Kahramanmaraş mərkəzli zəlzələ ilə bağlı mesajında ​​bu ifadələrdən istifadə edib:

" Türkiyənin cənubunda baş verən zəlzələ ilə əlaqədar İsrail Dövləti adından türk xalqına dərin hüznlə başsağlığı verirəm. Qəlbimiz fəlakət qurbanlarının yanındadır, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”.

Koen, nazirliyinə təcili yardım proqramı hazırlamağı tapşırdığını bildirib.

İsrailin müdafiə naziri Yoaz Qallantın humanitar yardım göstərilməsi üçün İsrail ordusu və nazirlik qurumlarına təlimat verdiyi bəyan edilib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin