Azərbaycandan Türkiyəyə yardım üçün 2 təyyarə havaya qalxacaq

10:44 - 6 Fevral 2023

Azərbaycandan Türkiyəyə yardım üçün 2 təyyarə havaya qalxacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşəcək.

 

Manset.az xəbər verir ki, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin