Gəncədə azyaşlını vuran şəxs SAXLANILDI

10:20 - 6 Fevral 2023

Gəncədə azyaşlını vuran şəxs SAXLANILDI

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.

 

Manset.az xəbər verir ki, görüntülərdə bir kişi azyaşlı uşağı vurur və zor tətbiq edir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

"Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir".


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin