İtaliyada ola biləcək nəhəng dalğalara qarşı ölkənin Mülki Müdafiə Agentliyi xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliyanın Mülki Müdafiə Agentliyi xəbərdarlığında deyilir:
“Mülki Müdafiə Agentliyi İtaliya sahillərinə çata biləcək sunami dalğaları ilə bağlı xəbərdarlıq edib. Sahil ərazilərindən uzaq durmaq, yaxınlıqdakı yüksəkliklərə getmək və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunur”.
Manşet.az