Azərbaycanda güclü zəlzələ ola bilərmi? - Seysmoloji Xidmət Mərkəzindən AÇIQLAMA

10:02 - 6 Fevral 2023

Azərbaycanda güclü zəlzələ ola bilərmi? - Seysmoloji Xidmət Mərkəzindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir. 

 

Manset.az-ın əməkdaşı qonşu ölkədə baş verən zəlzələnin ölkəmizə təsiri ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. O, qardaş ölkədə baş verən güclü zəlzələnin Azərbaycanda seysmoloji aktivlik yaratmadığını bildirib:

“Azərbaycan seysmoloji bölgədə yerləşdiyinə görə həmişə seysmik avtivlik var. Bilirsiniz ki, ölkəmiz Alp-Himalay seysmik qurşağında yerləşir. Hər gün də təkanlar var. Ancaq qardaş Türkiyədə baş verən zəlzələdə nə qədər insan tələfatı da var, böyük bölgədə, şəhərlərdə nə qədər dağıntılar var. Allah ölənlərə rəhmət eləsin! Onun Azərbaycana təsiri ola bilməz. İkincisi də, zəlzələ ocaqlarını oyada bilməz. Tamam başqa-başqa seysmo-tektonik cəhətdən, eləcə də geoloji quruluş cəhətdən ayrı-ayrı fərqlənən regionlardır. Bizim özümüzün zəlzələ ocaqlarında da elə bir aktiv bölgə yoxdur ki, ehtimal edəsən ki, yaxın zamanlarda güclü katostrofik dağıdıcı zəlzələ baş versin. Naxçıvanın da öz ocaqlarında sakitlikdir. Xoyda olan zəlzələnin təsiri olmuşdu, hiss olunmuşdu, amma dağıntı filan yox idi”. 

 

Pərviz Şükürov

Manşet.az
 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin