Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradıldı

09:42 - 6 Fevral 2023

Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradıldı

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt və operativ qərargah yaradılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib. 

Qeyd edilib ki, artıq zəlzələdə xəsarət alan azərbaycanlıların sayı öyrənilir. 

İctimaiyyətə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin