"İclas keçirilir, qardaşlarımızın köməyinə gedəcəyik" - General Etibar Mirzəyev

09:35 - 6 Fevral 2023

Xəbər verdiyimiz kimi, Türkiyədə dəhşətli zəlzələ baş verib. Onlarla ölü, yüzlərlə yaralı var. Dağıntıların bir neçə şəhəri əhatə etdiyi bildirilir.

 

Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı Manset.az-a açıqlama verən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, hal-hazırda bununla bağlı iclas keçirilir. 

 

"Hazırlaşırıq, hazırda Türkiyədə bu gecə baş verən zəlzələ ilə bağlı iclas keçirilir. Prezidentin tapşırığı ilə 370 nəfərlik heyət Türkiyəyə aparılacaq. Müvafiq işlər aparılır. Qardaşlarımızın yanındayıq, Türkiyəyə gedəcəyik."

 

Əli VƏLİYEV

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin