Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40-ı ötdü - YENİLƏNDİ

09:20 - 6 Fevral 2023

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40-ı ötdü - YENİLƏNDİ

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində 42 nəfər ölüb.

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Əhməd Dumeyriyə bildirib. 

Təbii fəlakət nəticəsində 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

***

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Manset.az “Report”a istinadən xəbər verir ki, dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Dağıntılar altında çox sayda insanların qaldığı bildirilir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin