“Azərbaycan hərbçiləri Türkiyəyə köməyə gedir” - KİV

09:14 - 6 Fevral 2023

“Azərbaycan hərbçiləri Türkiyəyə köməyə gedir” - KİV

Azərbaycan Ordusunun hərbçiləri zəlzələnin nəticələrini aradan qaldırmaq işlərinə kömək göstərmək üçün Türkiyəyə yola düşəcək.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

“Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin