Pensiyası kəsildi, benzin içib özünü yandırdı

23:41 - 5 Fevral 2023

Pensiyası kəsildi, benzin içib özünü yandırdı

Cəlilabadda intihara cəhd olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Məlumata görə, 1994-cü il təvəllüdlü Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzini içib, sonra isə üzərinə tökərək özünü yandırmaq istəyib.

Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. O, yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Yaxınlarının dediyinə görə, M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin