İranda azərbaycanlı şairin məzarı dağıdıldı

21:33 - 5 Fevral 2023

İranda azərbaycanlı şairin məzarı dağıdıldı

XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.

 

Manset.az xəbər verir ki, bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər", - o bildirib.

Qeyd edək ki, İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin