Məni ölümlə təhdid edirlər! - Netanyahu

20:54 - 5 Fevral 2023

Məni ölümlə təhdid edirlər! - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı təhdidlərin artan dalğasını kəskin tənqid edib. 

 

Manset.az xəbər verir ki, bu barədə JNS məlumat yayıb.

“Belə görünürdü ki, seçilmiş məmurlara və mənə qarşı təhdidlər bütün sərhədləri aşdı. Lakin indi biz İsrailin baş nazirinə qarşı açıq-aşkar sui-qəsd təhdidini eşitdik və gördük”, - Netanyahu bildirib.

Qeyd edək ki, Netanyahu bu sözləri İsrail Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Zeev Razanın "Baş nazir ayağa qalxıb diktator səlahiyyətlərini öz üzərinə götürürsə, o öldü, bu qədər sadədir. Onları öldürmək məcburiyyəti var" açıqlamasından sonra deyib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin