“Bir xanım soruşdu ki, siz Emin Əmrullayevsiniz?” - Nazir

20:40 - 5 Fevral 2023

“Bir xanım soruşdu ki, siz Emin Əmrullayevsiniz?” - Nazir

Gənclər və idman naziri Fərid Qayıbov “Şənbə axşamı” verilişinin qonağı olub.

 

Manset.az xəbər verir ki, nazir maraqlı açıqlamaları ilə diqqət çəkib.

Sosial şəbəkədə aktiv olmağa çalışdığını bildirən nazir daha çox istək mesajları aldığını etiraf edib.

“Seçiləndən bəri aldığım ən populyar istək mesajı bu olub: “Biz istəyirik sizin komandanızda olaq”. Müxtəlif istəklər olub, bəzi istəklər normaldır. Gənclərin maraqlı təklifləri də var. Çox sevinirəm ki, bizim aktiv, yaxşı gənclərimiz var. Biz bu aktivliyi nəinki Bakıda hətta rayonlarımızda da görürük. Bəzən rayonlarda elə gənclərlə qarşılaşmışam ki...Sözün açığı, nazir olmamışdan öncə bilməzdim ki, regionlarımızda da aktiv, yaxşı gənclərimiz var”.

Nazir başına gələn maraqlı hadisələrdən də söz açıb:

“Olimpiya stadionuna futbola baxmağa getmişdim. Orda fasilədə uşaqlarla hola çıxdıq. Bir neçə gənc şəkil çəkdirmək üçün mənə yaxınlaşdılar. Elə oldu ki, onların sayı çoxaldı. 5-10 nəfərə yaxın gənclə ard-arda şəkil çəkdirirdim. Gənclərdən biri şəkil çəkdirəndən sonra məndən soruşdu ki, siz kimsiniz?

Bir dəfə də piyada işə gedəndə bir nəfər yaxınlaşdı. İdman Akademiyasının tələbələrindən idi. O şəkil çəkdirdi. Ardınca bir xanım yaxınlaşıb soruşdu ki, siz Emin Əmrullayevsiniz?”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin