Ata 2 oğluna bıçaqla xəsarət yetirdi

20:30 - 5 Fevral 2023

Ata 2 oğluna bıçaqla xəsarət yetirdi

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır. 
 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin