"Əl Nəsr"in peşmanlığı: "Ronaldo artıq "bitib"

20:15 - 5 Fevral 2023

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun supertransferi Kriştiano Ronaldo etimadı doğrulda bilmir.

 

Manset.az offsideplus.az-a istinadən xəbər verir ki, bu gün 38-ci yaşına keçən portuqaliyalı hücumçu S.Ərəbistanı çempionatında çıxdığı 2 oyunda cəmi 1 qol vurub, onu da penaltidən. 

Buna görə də sözügedən ölkə mətbuatında ulduz futbolçunun əleyhinə yazılar yazılmağa başlayıb. Məqalələr isə "Bu Ronaldu artıq "bitib", "Real"dakı Ronaldu hardadır?", "Ronaldonu axtarırıq", - başlıqları ilə dərc olunur.

Artıq "Əl Nəsr" fanatları da sosial şəbəkələrdə Kriştianodan narazılıqlarını dilə gətirirlər.

Xatırladaq ki, forvard "Əl Nəsr"lə 2,5 illik müqavilə üçün anlaşıb. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin