Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO

18:02 - 5 Fevral 2023

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə avtobus qəzasında həlak olanlarla bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində  paylaşım edilib.

"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - deyə başsağlığı mətnində yazılıb.

 



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin