Baş Prokurorluq asfalta atılan uşağın valideynlərini belə müəyyən edibmiş - RƏSMİ

17:51 - 5 Fevral 2023

Baş Prokurorluq asfalta atılan uşağın valideynlərini belə müəyyən edibmiş - RƏSMİ

Yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Baş Prokurorluqdan Manset.az-a verilən məlumata görə, keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.

Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin